Ana səhifə
26 Aprel 2018

BDU-da qəribə test – Bir sualın iki doğru cavabı var - FOTO

Bakı Dövlət Univetsiteninin "Gənc İstedadlar" Litseyinə qəbul olunmaq üçün müraciət edən şagirdlərin valideynləri narazılıq edir. Həmin valideynlərdən birinin yazdıqlarını olduğu kimi təqdim edirik:

- Bu qədər acı bir həqiqətlə heç üzləşməmişdim. Həyatda çox sərt problemlərlə üzləşdiyim olub amma mən onu bir problem kimi görüb çözməyə çalışmışam. Amma indi yaşadığım problemin heç cür çözümünü tapa bilmirəm. Məsələ odur ki, oğlumun yaşıdlarından daha üstün qabiliyyət və bacarığını görüb çox sevindim. Mövcud şəraitdən yararlanıb  vəzziyyəti dəyərləndirmək istədim. Onsuz da  bilirsiniz ki, məktəb proqramı çətindir. Uşaqları lazımından  artıq yüklləmək olmaz. Amma heç nəyə baxmadan övladıma əlavə müəllimlər tutdum. Özüm iş adamıyam. Qar bilmədim, soyuq bilmədim, istirahət bilmədim, övladımın qayğılı dünyasına əlvə yüklər əlavə edib onu uşaqlığından ayırdım. Zəhmətimiz bəhrəsini verdi. Övladım şınaq imtahanlarından yüksək nəticələr göstərirdi. Çox sevinirdik. Sevincimizin hədfi hüdudu yox idi.Məqsədimiz  BDU-nun "Gənc İstedadlar" litseyinə qəbul olunması idi. Gözlədiyimiz həyəcanlı an gəlib çatdı. Oğlum imtahan verdi. Heç bir ananın, balanın bu qədər məyus olmasını istəməzdim. Oğlum əlində sual kitabçası ilə həyətin ortasında tərpənmədən ona yaxınlaşmağımı gözləyirdi. Gözləri dolmuşdu. Sinəsinə bərk bərk sıxdığı kitabça göz yaşlarından anındaca islandı. O çox pərt idi. Hər zaman qürur, iftixar hissi keçirən balam sınmlşdı: "Ana, Azərbaycan dili çox çətin idi .Mən yaza bilmədim" dedi.
O an yalnız balamın sağlamlığı mənim üçün öməmli idi. Qucaqlayıb təsəlli verdim. Bir qədər sonra sualları nəzərdən keçirdim.
Qeyd edim ki, müəliməm və gördüklırim bir dəhşət idi. Suallar 11 ci sinif dəyərində idi. Şok oldum. Bu az imiş kimi, suallar düzgün tərtib olunmayıb. Elə suallar var idi ki, cavablar 2 və 3 variantda düz gəlirdi. Övladımın hazırlıq dövründə bir çox valideynlərlə tanış olmuşdum Onlarla əlaqə saxladım. Bu bir dəhşət idi. Hər ev faciə yaşayırdı. İndi mən Sizə belə bir sual yönəktmək istəyirəm. Gələcəyin bu parlaq zəka sahiblərini bu cür sındırmaga, güvənini qırmağa kimin  haqqı var? Heç bir standarta cavab verməyən bu növ testlər kim tərəfindən tərtib olunub və ya yoxlanılıb? Bu məsuliyyətsiz hərəkətə yol verən əlində dövlətin  möhürü etibar edilmiş imza sahibləri hara baxıblar. Bu bir cinayyətdir. Bu bir suiqəsdir.keçirdiyimiz əzablar,gözləntilərimiz hansısa məsuliyyətsiz birinin ixtiyarına necə buraxıla bilər?
Çox xahiş edirəm  məsələ araşdırılsın. Körpələrin, anaların haqqı bərpa edilsin. Belə olmaz. Bunu mən bir etinasızliq laqeydlik kimi qəbul edirəm. Bu fikirləri təsdiq edən yüzlərlə valideyin, yüzlərlə əqidəsi, inamı sarsılmış körpə var.
Məsələ körpələrin 1 ıl ərzində yaşadıqları və l eyni zamanda laqeydlik və etibasızlığın mısuliyyətsizliyin itirə biləcəyi əziyyətindən gedir.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Ucnoqta.az-a bildirdilər ki, “Gənc istedadlar” liseyi adından da göründüyü kimi istedadlı şagirdlər üçündür: "Hər il olduğu kimi, bu il də şagirdlərin seçimi böyük müsabiqə əsasında aparılır. Ona görə daha istedadlı şagirdləri seçmək üçün test kitabşasına bir neçə nisbətən çətinləşdirilmiş test daxil edilir. Bu testlər müvafiq fənlər üzrə lisey müəllimləri və universitet müəllimləri tərəfindən ekspertizadan keçirilir. Ekspertiza zamanı müəyyən edilib ki, Azərbaycan dili üzrə hər variant üzrə 1 testdə həqiqətən 2 doğru cavab var. Ona görə hər 2 cavabın doğru cavab kimi qəbul edilməsi üçün göstəriş verilib".

 

Fidan

Tarix
23 İyun 2017 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ