Azərbaycan Qran-Prisində evlilik təklifi – FOTO

15:19 - 23 İyun 2017 - MARAQLI

Formula-1 üzrə Mercedes-AMG komandasının azarkeşi Bakıda öz sevgilisinə maraqlı şəkildə evlilik təklif edib. Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, adıçəkilən komandanın azarkeşi Qreyham Barker  pit-leyn gəzintisi zamanı sevgilisini Mercedesin qarajına Luis Hemiltonun bolidinə baxmağa dəvət edib. Q.Barkerin sevgilisi Viktoriya bolidə baxanda avtomaşının üzərində üzük görüb. Daha sonra Viktoriya Barkerin evlilik təklifinə "hə" deyib. Mercedes-AMG komandası öz fanatına dəstək olaraq planı gerçəkləşiməsinə kömək edib. Bununla əlaqədar komanda twitter səhifəsində təbrik paylaşımı edib: “Şanslı qız HƏ dedi!”

Xəbər xətti