Ana səhifə
16 Noyabr 2018

Elnarə Türk müğənnisi ilə duet oxudu - FOTOLAR

Tanınmış müğənni və teleaparıcı Elnarə Xəlilova yenicə Türkiyədən qayıdıb.

 

 

O, Uc noqta az-a açıqlamasında bildirib ki, İstanbulda yeni "Dayan" adlı mahnısına klip çəkdirib. Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur: "Mahnı duet formasında ifa olunub. Duet ortağım Türkiyədə “Pop star” yarışmasından tanınan Barış Kömürcüoğludur. Mahnıya ekran həyatını Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya quruluş verib. Klipdə tərəf müqabilim də Barışdır. Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm. Çünki klip üçün qala-gecesi təşkil ediləcək".

Müğənni əlavə etdi ki, klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yarıdıcı heyət də iştirak edəcək.

 

"Dayan" mahnısının ekran həyatından olan fotoları təqdim edirik:

Tarix
20 Noyabr 2014 [00:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin