Lionel Messinin həbs cəzası cərimə ilə əvəzlənib

14:09 - 23 İyun 2017 - İDMAN

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib. "Report"un EFE agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.

Qeyd edək ki, futbolçu və atası 2007 - 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxıblar. Məhkəmənin həbs hökmü həbsxanada olma anlamına gəlmir. Çünki İspaniyada 2 ildən aşağı bütün cəzalar sınaq müddəti sayılır.

Xəbər xətti