Ana səhifə
15 Oktyabr 2018

Sabaha olan hava məlumatı açıqlanıb

Sabah ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gğzlənilirEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 24-də gündüz Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəck. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Tarix
23 İyun 2017 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin