Ana səhifə
14 Noyabr 2018

“Söyüş eşitdim, əhvalım korlandı»

Volkan Dəmirəl: "10 aylıq qızımı söyənləri Allaha tapşırıram"

 

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Qazaxıstan matçından (3:1) öncə bir qrup azarkeş tərəfindən söyülən Volkan Dəmirəl əsas heyətdən çıxarılmasını tələb edərək, stadiondan getmişdi. “Fənərbağça”nın 33 yaşlı qolkiperi həmin hadisə ilə bağlı ilk açıqlamasını verib: “Biz namusu üçün yaşayan insanlarıq. Getsinlər, həmin söyüşləri küçədə bir nəfərə desinlər, görək nə olacaq? Ümid edirəm ki, həmin hadisə ilə digər futbolçu yoldaşlarım üzləşməz”.
Dəmirəl stadionu tərk etməsini belə şərh edib: “Söyüş eşitdim, əhvalım korlandı. Amma heç vaxt deməmişəm ki, millinin formasını bir də geyinməyəcəm. Özünü tanımayanlara görə təkcə mən deyil, komanda yoldaşlarım da “ay-ulduzlu” formanı geyinməkdən qorxur. Bu günə qədər hər bir futbolçu o söyüşləri eşitdi, danışmadı. Mən isə susmadım. Biri bunlara cavab verməli idi. Həmin hərəkəti etməsəydim, sona qədər söyüşlərə qonaq olacaqdıq. Milli forma mənim üçün hər şeydən müqəddəsdir. Hansı klubun üzvü oluramsa, olum, millinin oyununda azarkeşlərdən söyüş eşitmək çox pis haldır. Stadiondan çıxanda qarışıq hisslər keçirdim. Uzun müddət əllərim əsdi. Telefonumu bağladım və bir müddət heç kimlə danışmadım. Evə çatanda məni həyat yoldaşım qarşıladı. Dedi ki, ən doğrusunu elədin, səninlə qürur duyuram, qızımız də böyüyəndə səninlə fəxr edəcək. 10 aylıq qızımı söydülər. Onları Allaha tapşırıram. Ümid edirəm ki, onların qızlarını söyməzlər».  

Tarix
20 Noyabr 2014 [01:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin