Ermənilərin yaydığı xəbər yalan çıxdı - Rəsmi

10:47 - 23 İyun 2017 - Xəbər

Azərbaycanın Müdafiə Nazirliyi guya ordumuzun itki verməsi haqda Ermənistan KİV-lərində yayılan məlumatlara münasibət bildirib. Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Xatırladaq ki, erməni mətbuatında Azərbaycan tərəfinin hücuma keçməsi və itki verməsi barədə yalan məlumatlar yayılıb.

Xəbər xətti