Ana səhifə
16 Yanvar 2018

“Neftçi” “Torino”, “Eybar” və “Herta” ilə qarşılaşa bilər

“Neftçi” iyunun 24-dən etibarən bir araya gələcək. Apasport.az saytının məlumatına görə, toplanışın ilk mərhələsini Bakıda keçəcək komanda bir ay ərzində 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
İyulun 12-də “Kəpəz”lə üz-üzə gələcək “ağ-qaralar”ın digər rəqiblərinin kimliyi hələ bəlli deyil.
Komandanın baş məşqçisi Elxan Abdullayev əməkdaşımızla söhbətində ölkə daxilindəki hazırlıq mərhələsində əsasən aşağı liqa təmsilçiləri ilə qarşılaşacaqlarını bildirib: “İyulun 12-dən etibarən Bakıda hər həftənin 3-cü və 6-cı günləri yoxlama görüşləri keçirəcəyik. Rəqib axtarışlarımızı davam etdiririk. Bildiyiniz kimi, Premyer Liqa klubları hazırda ölkə xaricində təlim-məşq toplanışındadılar. Çalışacağıq ki, burda I divizion komandaları ilə qarşılaşaq. Onlar da olmasa, öz əvəzedicilərimizlə oynayacağıq”.
İyulun 24-də toplanışın II mərhələsi üçün Avstriyaya gedəcəklərini söyləyən Abdullayev orda da 3 yoxlama matçında qüvvələrini sınayacaqlarını deyib. O, rəqib kimi, hələlik yalnız “Şalke”nin adının dəqiqləşdiyini, digərləri ilə isə danışıqların davam etdiyini əlavə edib.
Abdullayevin sözlərinə görə, paytaxt təmsilçisinin digər rəqibləri də “böyük beşlik” ölkələrinin yüksək liqalarında çıxış edən komandalar ola bilər: “Sparrinq rəqiblərlə bağlı bizə böyük bir siyahı təqdim ediblər. Siyahıda kifayət qədər adlı-sanlı komandalar var. Məsələn, onlar arasında “Udineze”, “Bolonya”, “Torino”, “Eybar”, “Haddersfild”, “Köln”, “Herta” kimi klubların adları yer alır. Ancaq hələ heç nə dəqiq deyil. Məsələ burasındadı ki, gün məsələsində ortaq məxrəcə gəlmək lazımdı. Yəni görüş elə vaxta salınmalıdı ki, gərək hər iki tərəf ona razılıq versin”.
Qeyd edək ki, iyulun 24-dən avqustun 4-dək Avstriyada hazırlaşacaq “Neftçi” yeni mövsüm öncəsi son məşqlərini Bakıda keçəcək.

Tarix
22 İyun 2017 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ