Ana səhifə
20 Sentyabr 2018

İŞİD Türkiyəni də qarışdırdı

Fərhad Mehdiyev: Türkiyənin İŞİD məsələsindəki tutumu tamamilə haqlıdır”

 


İŞİD Suriyanın əsasən kürdlər yaşayan Kobaniyə hücumunu davam etdirir. Bu hücumlar Türkiyə üçün də ciddi problemlər yaratmağa başlayıb. Kobanidən 180 min qaçqın Türkiyəyə sığınıb. Türkiyədə kürdlər hökumətin Suriyanın sərhəd Kobani şəhərinə yetərincə dəstək göstərmədiyini deyərək etiraza qalxıblar. İstanbul, Diyarbəkir, Ankara, Mersin və Adanada iğtişaşlarda azı 15 nəfərin ölməsi, onlarla adamın yaralanması barədə məlumatlar gəlir. Bir sıra şəhərlərdə fövqəladə vəziyyət elan olunub. ABŞ koalisiyası isə Kobaniyə İŞİD yaraqlılarının hücumunu dəf etməyə çalışır. Suriya İnsan Hüquqları təşkilatının məlumatına görə, kürd döyüşçülər oktyabrın 7-də İD yaraqlılarını Kobaninin şərq ucqarlarından geri çəkilməyə məcbur edə biliblər. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Kobani “süqut edə bilər”. Suriyalıların qaçqın düşərgəsinə gələn Ərdoğan deyib ki, “biz quru əməliyyatına başlamasaq... terror bitməyəcək”.

Amma müdaxilə üçün də şərtlər var. Prezident Ərdoğan bəyan edib ki, yalnız havadan zərbələr problemi həll etməyəcək və Suriya ərazisinə qurudan müdaxilə son dərəcə zərurirdir. Bununla belə, Türkiyə Suriyaya təkbaşına müdaxilə etməyəcəyini bildirib. Suriya qaçqınlarının düşərgəsində çıxış edən Ərdoğan deyib: “Bizə üç şey lazımdır: Uçuşların qadağan edildiyi hava məkanı, buna paralel təhlükəsizlik zonası və mötədil Suriya qiyamçılarının təlimləndirilməsi”.

Bu arada, İŞİD həm də  gözlənilən Türkiyə müdaxiləsinə qarşı hərbi hazırlıqlarda görməyə başlayıb. Belə ki, İŞİD Tütrkiyə ilə sərhəd kəndlərdə dərin xəndəklər qazır. İŞİD qüvvələri bayraqlarını qazılan xəndəklərə sancıblar. Bundan əlavə, terrorçular zirehli texnikalarını xəndəklərin yaxınlığında düzüblər. Bununla İŞİD Türkiyənin edəcəyi hücumun qarşısını almaq niyyətindədir.

Hazırda isə Türkiyə-Suriya sərhədinə çox sayda kürd yığılıb və onlar Ankaranın fəaliyyətsizliyinə qarşı etiraz edirlər. Ölkənin bir çox şəhərlərində kürdlərin zorakı etiraz aksiyaları keçirilib. Etirazlar zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Kürd etirazçılar və polis arasında toqquşmalar İstanbul və Ankara şəhərlərində də yer alıb. İstanbulda keçirilən icazəsiz etitaz aksiyasında 98 nəfər saxlanılıb. İstanbul valiliyi tərəfindən yayılan bəyanatda 8 nəfəri polis olmaqla 30 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları bildirilib. 

Buü arada yayılan məlumatlarda bildirilir ki. Suriyanın Türkiyə ilə sərhəddindəki Kobaniyə girən İŞİD geri çəkilməyə başlayıb.  Bunda İŞID-a ABŞ-da daxil olmaqla koalisiya güclərinin havadan müdaxiləsi öz təsirini göstərib. Kobani bölgəsi xarici işlər nazirinin köməkçisi İdris Nassan "Reuters"ə açıqlamasında İŞİD-ın şəhərin girişinə doğru çəkildiyini deyib. "Bombardmanın təsiri oldu və İŞİD geri çəkildi. Bu, onların şəhərə girəndən sonra ən böyükmiqyaslı geriləməsidir. Bunu bölgədən tamamilə geri çəkilmənin başlanğıcı olaraq da qəbul edə bilərik". 

Türkiyənin məsələdə tutduğu mövqeyi politoloq Fərhad Mehdiyev öz “Facebook” hesabında belə şərh edib: “Hal-hazırda Türkiyənin İŞİD məsələsindəki tutumu tamamilə haqlıdır. Əvvəla Amerikanın İŞİD vurulduqdan sonra Esad ilə nə edəcəyi məlum deyil. Türkiyə də Əsadla ipləri xeyli qoparıb, çətin ki yenə uzlaşa.
Digər tərəfdən, İŞİD və Əl-Nusranın olmadığı Süriyədə YPG yenə at oynadacaq. 
Türkiyəyə sabit və bölünməmiş Süriyə lazımdır. Buna görə qan tökməyə dəyər. Yoxsa tələyə düşmüş olar. Hələ ki İŞİD YPG-ni dağıdır, eləsin. 
Görüm kürdlər Bayrampaşa və Hakkaridə çıxardıqları hoqqaları Kobanidə edə bilirlər ya yox”.

 

Bəhruz

Tarix
8 Oktyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin