Ana səhifə
18 Oktyabr 2018

Hikmət Hacıyev: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsində fəaliyyəti yetərli deyil"

Bu gün konseptual şəkildə baxsaq, Cənubi Qafqazda regional təhlükə qalmaqdadır və bunun da kökündə Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi durur. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün Bakıda “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda keçirilən beynəlxalq forumda deyib. O qeyd edib ki, tərəflər arasında atəşkəs rejminə baxmayaraq təəssüflər olsun ki, Ermənistan tərəfi atəşkəs rejmindən sui-istifadə edir və bunun da nəticəsində münaqişənin həlli istiqamətində danışıqlar nəticə vermir. XİN rəsmisi bildirib ki, 25 il ərzində Ermənistanın danışıqlar prosesində mövqeyi dəyişməyib: “Ermənistanın mövqeyi işğal edilmiş Azərbaycan torpaqlarını işğal altında saxlamaq və orada qanunsuz fəaliyyət həyata keçirməkdir. Bunun üçün Ermənistan çalışır ki, danışıqlar imitasiyasını həyata keçirsin və danışıqlar yalnız protokol xarakteri daşısın”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan 25 il ərzində humanitar fəlakətlə üzləşib, bir milyondan artıq qaçqın və məcburi köçkün var. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu vəziyyətdən nəticə çıxarmalı və münaqişənin həlli istiqamətində addımlar atmalıdır: “Minsk qrupu bu istiqamətdə fəaliyyət göstərir, ancaq bu, yetərli deyil”.

XİN rəsmisi ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı deyib ki, həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var və onlar bundan nəticə çıxarmalıdırlar: "Bu səfərdə diqqət çəkən məqam həmsədrlərin bəyanatında tərəflərin substansiv danışıqlara çağırılması oldu. Azərbaycan substansiv danışıqlara hazırdır. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Danışıqlar prosesinin pozulmasının məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansiv danışıqlara çağırdı. Helsinki Yekun Aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc tətbiqidir”.

H.Hacıyev bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Ermənistan bunu başa düşməlidir. Ermənistan nə qədər tez bunu başa düşsə, o qədər onlar üçün yaxşı olacaq. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq və öz torpaqlarını mütləq geri qaytaracaq".

Tarix
22 İyun 2017 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin