Oğuz və İsmayıllıda məcburi köçkün gənclərə təlimlər təşkil edilib

13:38 - 20 İyun 2017 - Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sosial Tərəqqi" İB tərəfindən "Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi çərçivəsində 06-07 iyun 2017-ci il tarixlərində Oğuz və İsmayıllıda məcburi köçkün gənclərə təlimlər təşkil edilib. Təlimlərdə çıxış edən ST İB-nin sədr müavini Anar Məhərrəmov layihə haqqında, təşkil edilmiş təlim haqqında məlumat verib. Qeyd edib ki, layihənin məqsədi məcburi köçkün gənclərin peşə təhsili imkanlarının yaradılması, bacarıqların artırılması və onların məşğulluğunun təmin olunmasına yardım göstərməkdir. Təlimçi Ümüdvar Həsənov məcburi köçkün gənclərin məşğulluğunun təmin olunmasının əhəmiyyəti, peşə seçimi nədir və nə üçün önəmlidir, özünü kəşf etmə, düzgün peşə seçimi üçün peşələri tanımağın əhəmiyyəti, peşə seçimi, işin insan həyatında önəmi, layihə tərtib etmə və layihənin dəyərini əks etdirən büdcənin hazırlanması, ictimai birliklərin yaradılması, icma səfərbərliyinin formalaşdırılması, layihə təklifi yazılışı və s. istiqamətində geniş məlumat verdi.


Xəbər xətti