Ana səhifə
20 Aprel 2018

Gürcüstan səfiri: "Qarabağ" regionun ən sevimli klubudur"

Dünən Çempionlar Liqasının təsnifat mərhələsinin püşkü atıldı. II mərhələdən mübarizəyə qoşulacaq "Qarabağ" Gürcüstan çempionu "Samtredia" ilə mübarizə aparacaq. Ucnoqta.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze "FutbolPress"in mövzu haqda suallarını cavablandırıb.


- Cənab səfir, püşkatmanın nəticəsindən xəbərdarsız? ÇL-də "Qarabağ" "Samtredia" ilə düşdü.
- Bəli, xəbərdarıq. Hər iki tərəf üçün gözəl xəbərdir. Mən bunu idman baxımından demirəm təbii ki (gülür). Ölkələrimiz arasında idmanda ədalətli rəqabətə isə söz ola bilməz.


- Son illər püşk Gürcüstan və Azərbaycan klublarını rəqib çıxarmağı sevir...
- Püşk ən doğrusunu edib (gülür).  "Samtredia" Gürcüstanın ənənəsi olan klublarındandı. Mükafat baxımdan muzeyi elə zəngin olmasa da, həmişə istedadlı futbolçular yetişdirib. "Qarabağ" isə regionun ən sevimli klubudur. Artıq neçə ildir ki, Azərbaycanı, mən deyərdim, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdu. "Samtredia" üçün çətin olacaq. Ən xoşuma gələn isə komandanın Qafqaz texnikasına xas futboludu.


- Bakıdakı oyuna stadiondan baxmaq imkanınız olacaq?
- Buna çalışacağıq. Bu, futbol bayramıdı.


- "Hansına azarkeşlik edəcəksiz" - sualını verməyə gərək yoxdu yəqin...
- "Dinamo Tbilisi" azarkeşiyəm, ancaq bu oyunda möhtəşəm futbola azarkeşlik edəcəm. Bildiyim qədər "Qarabağ" son illər ardıcıl avroliqada qrup mərhələsinədək irəliləyir və orda da yaxşı oyun sərgiləyir. Bu, böyük göstəricidi. Gürcüstan futbolunda da bir müddət davam edən durğunluğa son verilib, artıq islahatların nəticəsini görməkdəyik.

II təsnifat mərhələsinin qarşılaşmaları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Tarix
20 İyun 2017 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ