Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub

12:03 - 19 İyun 2017 - HADİSƏ

 Göyçay rayonunda qətlə yetirilən şəxsin Ucar rayon sakini tərəfindən öldürüldüyü məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 18-də rayonun Çərəkə kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.
Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanməmmədov tutulub.
Qeyd edək ki, mətubatda Sadiq Musayevin arvadı Arzu Musayeva tərəfindən öldürülməsi barədə məlumat yayılıb.

Xəbər xətti