Ana səhifə
24 Sentyabr 2018

Mərkəzi Bank manatın devalvasiyasına getməyəcək

Vüqar Bayramov: “Məzənnə siyasətinin iqtisadi inkişaf proritetlərinə uyğunlaşdırılmasına ehtiyac var”

 

 

“Son 4 ildə Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 6 faizdən çox artaraq təqribən 15 milyard dollar təşkil edib”. Bu barədə AMB-nin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə əsasən, bu məbləğ tədavüldə olan manat pul kütləsini xeyli üstələyir: "Hazıda AMB tədavüldə olan bütün manat kütləsini konversiya etmək imkanına malikdir. Bu, Azərbaycan valyutasının sabitliyinin möhkəm əsaslarındandır".

E.Rüstəmov qeyd edib ki, AMB 2014-cü ildə tədiyə balansının profisiti şəraitində manatın məzənnəsinin sabitliyini təmin edə bildi: "Bildiyiniz kimi, əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin çoxunun milli valyutaları ciddi devalvasiyaya məruz qaldı. Biz milli valyutamızı devalvasiya etməli olduğumuz barədə bir sıra təkliflər aldıq. Təkliflərə əsasən, manatın devalvasiyası bizim üçün ticarət tərəfdaşları ilə münasibətdə üstünlük yarada bilər. Lakin tarixən və elmi cəhətdən sübut edilib ki, devalvasiya yalnız qısamüddətli spekulyasiya üstünlüyü yaradır və sonradan qiymət artımı nəticəsində dövlət və onun iqtisadiyyatı bu üstünlüyü itirir. Məsələn, 1998-ci ildə Rusiyada milli valyutanın denominasiyası həyata keçirilmişdi ki, ciddi böhran baş verdi. Qısa müddət ərzində dolların məzənnəsi 6-dan 24 rubladək, yəni 4 dəfə artdı, nəticədə isə Rusiya iqtisadiyyatı 6-7 ay ərzində üstünlüyünü itirdi".

AMB sədri əlavə edib ki, bu, qiymət və xərclərin artımına görə baş verdi: "Xatırlamaq lazımdır ki, devalvasiya zamanı inflyasiya, aktivlərin qiymətinin və əhalinin əmanətlərinin ucuzlaşması səbəbindən ilk növbədə əhali əziyyət çəkir".

E.Rüstəmovun sözlərinə görə, hazırda manatın məzənnəsi tam sabitdir: "Manat çox güclü regional valyuta kimi özünü göstərir. O, müxtəlif dövlətlər tərəfindən yaxın və uzaq xarici ölkələrlə ticarət zamanı qəbul olunur. Hesab edirik ki, ilin sonunadək manatın sabitliyinin davamlılığı təmin olunacaq".

Bu məsələni şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu gün manatın məzənnəsinin dollara nisbətən dəyişməməsi və

avronun dollara nisbətən məzənnəsinin düşməsi manatın möhkəmlənməsinə gətirib çıxarıb: “Manatın avroya nisbətən möhkəmlənməsi Azərbaycan yerli istehsalçılarının ixrac qabiliyyətini məhdudlaşdırır. Eləcə də bu,

qeyri neft sektorunun inkişafı üçün stimul yaratmır”.

Mütəxəssisin fikrincə, hazırki şəraitdə Mərkəzi Bankın məzənnə siyasətinə dəyişiklik etməsinə və məzənnə siyasətini yenidən işləməsinə ehtiyac var: “Söhbət heç də Mərkəzi Bankın ciddi devalvasiyaya getməsindən getmir. Lakin bütün hallarda bankın yumşaq devalvasiyası - manatın məzənnəsini

mərhələli olaraq dollara nisbətən müəyyən qədər azaltması qeyri-neft sektorunu stimullaşdıra bilər. Yumşaq məzənnə siyasəti manata olan inamın azalmasına gətirib çıxarmayacaq”.

Ekspert bildirir ki, söhbət kəskin məzənnə dəyişikliyindən də getmir: “Nəzərə alsaq ki, dövlət gəlirləri əsasən neft satışından daxil olan vəsaitlər hesabına formalaşır, neft strateji məhsul olaraq dollarla satıldığı üçün bu eyni zamanda hökümətə əlavə maliyyə resursları əldə etmək imkanları verir”.

Ekspert hesab edir ki, məzənnə siyasətinin iqtisadi inkişaf prioritetlərinə uyğunlaşdırılmasına ehtiyac var: “Bu siyasət qeyri-neft sektorunun inkişafı üçün həllediici təsirə malikdir. Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxmasa, yumşaq məzənnə siyasətinə keçməsə, hazırki siyasət qeyri neft sektorunu

stimullaşdırmamaqla yanaşı, idxalçı ölkə kimi Azərbaycanın xarici bazardan asılılığını artıra bilər. Yerli iş adamları ölkə daxilində istehsaldan daha çox məzənnə siyasətinin diqtə etdiyi şəkildə xaricdən məhsul idxal edəcəklər”.

 

Əfsun

Tarix
19 Noyabr 2014 [15:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin