Tramp aylıq gəlirini AÇIQLADI

13:02 - 18 İyun 2017 - MARAQLI

ABŞ prezidenti Donald Tramp aylıq gəlirini açıqlayıb. Lent.az dünya mediasına istinadən xəbər verir ki, biznes həyatından siyasətə keçən Tramp 2016-cı ilin yanvarından bu ilin aprelinədək 596 milyon dollar pul qazandığını bəyan edib. O, bütün sərvətinin isə 1,4 milyard dollar etdiyini deyib.
İndiyədək vergi bəyannamələrini gizli saxlamağa çalışan ABŞ prezidenti gəlirləri ilə bağlı məlumatı öz istəyi ilə yayıb.  O bildirib ki, 1 il 4 aylıq müddətdə qazandığı 596 milyon dolların yarısını qolf mərkəzindən əldə edib. Onun qolf klubu Floridada yerləşir və dünyanın ən elit qolf mərkəzlərindən biri hesab edilir. Bu klub ABŞ prezidentinə hər ay 37,2 milyon dollar xalis gəlir gətirir.
Qeyd edək ki, mütəxəssislər Trampın var-dövlətinin əslində daha çox olduğunu deyirlər. Onlar hesab edirlər ki, ABŞ-da əmlak kralı kimi tanınan Tramp bəzi mülklərinin dəyərini qəsdən çox aşağı göstərir. Onun şirkətlərinin hazırki borcu isə ən azı 315 milyon dollardır. 

Xəbər xətti