Aralıq dənizində 300-dən çox miqrant aşkarlanıb

16:46 - 16 İyun 2017 - HADİSƏ

Xilasetmə xidmətləri iki gün ərzində Alboran (Aralıq dənizinin tərkibində yer alan ən qərbdəki dənizdir) dənizində İspaniya sahillərinə çatmağa çalışan 300 miqrant aşkarlayıb. Ucnoqta.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, ötən gün yerli qeyri-hökumət təşkilatlarından biri Afrikadan olan qeyri-leqal miqrantlarla dolu iki qayığın itkin düşdüyü barədə məlumat verib. Təkcə dünən Əndəlus (İspaniyanın cənubunda yerləşən muxtar birlik) sahillərində 190 miqrantın olduğu yeddi qayıq aşkarlanıb. Bu gün günortaya qədər daha üç gəmi tapılıb (onlardan birində 61, birində 33, birində isə 36 nəfər olub). Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, cari ilin əvvəlindən indiyədək Aralıq dənizi ilə Avropaya 77 mindən çox miqrant və qaçqın gedib. Aralıq dənizini keçməyə cəhd edərkən 1828 nəfər ölüb.

Xəbər xətti