CAR çempionatının oyununda kuryoz qol vurulub - VİDEO

15:21 - 16 İyun 2017 - İDMAN

Futbol üzrə CAR çempionatının "Stellenboş" - "Blek Leopards" matçında kuryoz qol vurulub. "Report"un məlumatına görə, "Blek Leopards"ın qapıçısı ağlasığmaz səhvə yol verib. "Stellboş" oyunçularından biri zədə aldığı vaxt 2:0 hesabı ilə öndə olan "Blek Leopards"ın oyunçuları zərərçəkənə həkimlərin kömək edə bilmələri üçün topu kənara vurublar. Oyun bərpa olunduqdan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Petrus Şitembi "Fair Play" qaydalarına uyğun olaraq, topu rəqib qapıçıya verməyi qərara alıb. O, meydanın özlərinə aid hissəsindən topu qüvvətli zərbə ilə rəqib komandanın cərimə meydançasına tərəf göndərib. "Blek Leopards"ın qolkiperi qapıdan irəli çıxdığından, top yerə dəyərək, onun başı üzərindən tora daxil olub. Qeyd edək ki, "Stellenboş"un oyunçuları qola sevinməyiblər. Oyun bərpa olunduqdan sonra isə mübarizə heç nə olmayıbmış kimi davam edib.

Xəbər xətti