Elektromobil taksilər fəaliyyətə başladı

15:04 - 16 İyun 2017 - AVTO

Türkiyənin İstanbul şəhərində elektromobil taksilər fəaliyyətə başlayıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, hazırda İstanbulda ümumilikdə 60 elektromobil taksi xidmət göstərir. Perspektivdə belə taksilərin sayının 2 minədək artırılacağı bildirilir. Yaxın aylarda Ankarada da elektromobil taksilərin fəaliyyətə başlayacağı gözlənilir. Bəzi mənbələr 2018-ci ilədək İstanbul və Ankaranın taksi parklarının tamamilə elektrik avtomobillərə keçəcəyini qeyd edir.

Xəbər xətti