Nəqliyyatın hərəkəti iflic oldu

14:28 - 16 İyun 2017 - HADİSƏ

İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib. Belə ki, yerli “Alitalia” avişirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub. 24 saatlıq tətil bütün növ ictimai nəqliyyat – metro, yerüstü nəqliyyat, eləcə də dəmir yollarına şamil edilib. Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.

Xəbər xətti