Türkiyədə ildırım vurması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb

17:01 - 14 İyun 2017 - HADİSƏ

Türkiyənin Ərzincan bölgəsində tarlaya ildırımın düşməsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. “Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralananlardan ikisi uşaqdır. İnformasiyaya əsasən, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti göndərilib.

Xəbər xətti