Londonda çoxmərtəbəli binada yanğın: 30 nəfər xəsarət alıb

10:32 - 14 İyun 2017 - DÜNYA

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 30 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Britaniya paytaxtının təcili-tibbi yardım xidməti "Twitter" səhifəsində məlumat yayıb.
Zərərçəkənlərin hamısı şəhər xəstəxanalarına çatdırılıblar.
***09:24
Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır. "Report" BBC-yə istinadən xəbər verir ki, alov 27 mərtəbəli binanı tam ağuşuna alıb.
Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasına təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən göndərilib, amma onlar hələ ki, yanğının öhdəsindən gələ bilmir.
Tüstüdən xəsarət alanlar barədə məlumat var, həkimlər onlara yardım edir, sadəcə, belə xəsarət alanların dəqiq sayı bilinmir.
Hadisə şahidlərinin sözlərinə görə, yolların çox dar olmasına görə yanğınsöndürən maşınların binaya yaxınlaşması çox çətindir.

Xəbər xətti