Ana səhifə
19 Oktyabr 2018

Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf naziri ilə görüşüb

 Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean üzrə naziri xanım Konketta Fierravanti-Vells ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.
Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Konketta Fierravanti-Vells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalı olduğunu qeyd edib.
Konketta Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib.
Nazirlər həmçinin Azərbaycanla Avstraliya arasında gəmiqayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tarix
12 İyun 2017 [13:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin