Ana səhifə
19 Sentyabr 2018

Mahmud Məmmədquliyev: "İnsan alverinə qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin vacib prioritetlərindən biridir"

İnsan alverinə qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin vacib prioritetlərindən biridir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.
M.Məmmədquliyev bildirib ki, Azərbaycan insan alverinə qaşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir və bu siyasətin əsasında qabaqlama, təqib prinsipləri durur.
Nazir müavini bildirib ki, bu gün insan alveri ilə mübarizə sahəsində layihənin təqdimatı keçirməklə Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa ittifaqı və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur:
“İnanırıq ki, bu layihə əvvəlki layihələr kimi uğurla həyata keçiriləcək və insan alverinə qarşı mübarizədə daha geniş imkanlar açacaq. Azərbaycan tərəfi layihədə nəzərdə tutulmuş tərəf qismində çıxış edəcək və layihənin uğurla icra olunmasında öz öhdəliyini yerinə yetirəcək. Biz layihənin həyata keçirilməsində dəstək verməyə hazırıq”.

Tarix
12 İyun 2017 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin