Ana səhifə
20 Aprel 2018

Ramil Şeydayev: “Daha çox işləmək lazımdır"

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.  20 yaşlı hücumçu əvvəlcə oyunu dəyərləndirib...

- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.


- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?
- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.


- Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?
- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.


- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?
- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.


- Nəticəni ədalətsiz sayırsınız?
- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.


- Sonadək mübarizə aparacaqsınız?
- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.


- Növbəti mövsümü harada keçirəcəksiniz?
- “Jilina”da.

Tarix
11 İyun 2017 [12:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ