“Qələbəyə layiq deyildik” - Millimizə qol vuran oyunçu

12:50 - 11 İyun 2017 - İDMAN

DÇ-2018-in Azərbaycan  - Şimali İrlandiya matçının (0:1) qəhrəmanı olan Stüart Dallas oyunla bağlı fikirlərini bildirib. Qol.az-ın “The Sun” qəzetinə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, qələbə qolunu vurduğu üçün özünü xoşbəxt hiss edir.
Matçın 90+2-ci dəqiqəsində fərqlənən Dallas deyib: “Ola bilər, biz qələbəyə layiq deyildik. Amma futbolda risk etmək lazımdır. Matçın sonlarında mən artıq yorulmuşdum. Ona görə də başımı sadəcə aşağı salıb topa zərbə vurdum və qol oldu”.

Xəbər xətti