Sabaha olan hava məlumatı açıqlanıb- yağış, dolu

12:31 - 11 İyun 2017 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 12-sə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturunun gecə 18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz  35-45 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarında, iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir. 

Xəbər xətti