Xəbərdarlıq: hava kəskin dəyişəcək

12:29 - 11 İyun 2017 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 Ayrı-ayrı yerlərdə  lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Xəbər xətti