Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə yürüş keçiriləcək

11:17 - 11 İyun 2017 - DÜNYA

Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək. Trend-in türk KİV-lərinə istinadən veriyi xəbərə görə, yürüş Türkiyənin bütün böyük şəhərlərində keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Xəbər xətti