Həkim avtomobildə ürəktutmadan öldü - Gəncədə

12:13 - 9 İyun 2017 - HADİSƏ

Gəncə şəhərində həkim işə getmək istəyərkən özünə məxsus avtomobildə ürəktutmadan ölüb. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1941-ci il təvəllüdlü Rafiq Əli oğlu Nadirov avtomobilinə əyləşib işə getmək istəyən zaman qəflətən halı pisləşib və ürəktutmadan vəfat edib. Qeyd edək ki, R.Nadirov tibb elimləri namizədidir və 1966-ci ildən bəri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışıb.

Xəbər xətti