Ana səhifə
14 Noyabr 2018

Musa Musayev: "Mənim Sərxan adlı dostum yoxdur"

“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın” realiti-şousunda qalmaqallar bitmək bilmir. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında mübahisə yaşanıb. Tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib.
S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib:
“Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə onlara hörmətim var. Təranədən əvvəl Musanı tanımışam”.
T.Qumral isə “Musanın sənin kimi dostu ola bilməz” cavabını verib.
Məsələ ilə bağlı Musa Musayev də danışıb. Əməkdaşımızla söhbətində M.Musayev S.Kərəmoğlunun “dostumdur” sözlərinin həqiqətə uyğun olmadığını söyləyib:
“Maşın” gözəl bir verilişdir. Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər. Amma mənim Sərxan adlı dostum yoxdur. Aktyordur da, orada şou göstərir”.

Tarix
8 İyun 2017 [17:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin