Ana səhifə
20 İyun 2018

Göygöldə sahibkarlara güzəştli kredit verilib

İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib.  Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. 

Forumda Sahibkarlığa Kömək Milli Fondunun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 233 milyon manatdan çox güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək və 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Qeyd edək ki, indiyədək Göygöl rayonundan olan 800-dən çox sahibkara 13,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Göygöldə güzəştli kredit ayrılan heyvandarlıq təsərrüfatına baxış keçirilib.

Tarix
8 İyun 2017 [16:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin