Ana səhifə
21 Noyabr 2018

Tolerantlıq keyfiyyəti xalqımızın genefondunda özünə yer tapıb

Dini etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar 


Dünya miqyasında dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılması təkcə dinlərə bağlı həqiqətlərin yayılması, onlara qarşı olan mənfi fikirlərin aradan qaldırılması deyil, həm də dindarlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, tolerantlıq, dialoq və əməkdaşlıq hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə ortaq nöqtələrin tapılması, ümumi rəyin formalaşması və birgə qərarların qəbul edilməsi müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişlənməsinə və etimad hissinin möhkəmlənməsinə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, hər bir cəmiyyətin dinə, inanc sisteminə özünəməxsus münasibəti və baxış tərzi var. Təbii ki, bu münasibət bir neçə ilə yox, onilliklər, yüzilliklər ərzində formalaşır, cəmiyyətin ümumi mövqeyini və maraqlarını əks etdirir. Məsələn, İslam dininin vahid inanc, ibadət əsasları, eləcə də ümumi şəri qaydaları var və bu, bütün müsəlman aləmində eynidir. Amma müsəlman xalqlarının hamısının İslama, ümumiyyətlə, inanclar sisteminə baxış tərzi oxşar olsa da, eyni deyil. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.  Ona görə ki, hər bir xalqın, cəmiyyətin dinə münasibətinin formalaşmasında həmin xalqın özünəxas etnik keyfiyyətləri, tarixi-milli adət-ənənələri, həyat tərzi, hətta, təbii coğrafi şəraiti böyük rol oynayır. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan xalqının dinə yanaşma tərzi digər xalqlarla, o cümlədən İslam ölkələri ilə müqayisədə xeyli fərqlidir. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb. Gündüz İsmayılov bildirib ki, tarix boyu mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. 
Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Ümumiyyətlə. tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Bunun nəticəsidir ki, ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq bu gün də davam edir. Katolik, pravoslav kilsələri və digər konfessiyalar bir-birlərilə həm dövlət səviyyəsində, həm də dini aspektdə yüksək səviyyədə əlaqələr qururlar. Deməli, Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Tarixən dinlərin və əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən  Azərbaycanda dinlərarası dialoq və əməkdaşlığın səiyyəsi digər ölkələrdən daha yüksəkdir. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də əlkəmizin bu sahədə başqalarına nümunə olduğunu vurğulayır. O bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş İslam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran məqamlardandır. Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub. Milli, dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir".
A.Paşazadə deyib ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası səmavi dinlərin təlqin etdiyi humanist dəyərlərə istinaddan keçir: "Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ probleminin həlli ilə bağlı məsələdə də unutmur, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik".
Moskva və bütün Rusiyanın patriarxı Kirillin fikirləri də şeyxülislam Allahşükür Paşazadənin fikirləri ilə oxşardır. O deyib ki, Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə tanınır. Kirill qeyd edib: "Təəssüf ki, son aylar dinlərarası və millətlərarası sülh sınaqdan keçir, həyəcanlı xəbərlər həm Ukraynadan, həm də Yaxın Şərqdən daxil olur. Rus pravoslav kilsəsinin dindarları da daxil olmaqla xristianların hüquqları kobud şəkildə pozulur…Əminəm ki, yalnız aparıcı siyasi və dini liderlərin möhkəm həmrəy mövqeyi ümumi dünya sabitliyinə ciddi təhlükə yaradan dini və milli zəmində münaqişələrin artmasının qarşısını ala bilər".
Patriarx Azərbaycanda xristian bayramlarının geçirilməsini də yüksək qiymətləndirib və bu bayramlarda Azərbaycan Prezidenti İlham Əliyevin  xristianları təbrik etməsini tolerantlığın sübutu olduğunu qeyd edib. Məsələn, bu yaxınlarda Prezident İlham Əliyev  Müqəddəs Pasxa bayramı münasibətilə bütün xristian icmasını səmimi qəlbdən təbrik edib. Təbrikdə deyilirdi:" Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin". Bu dostluğun, tolerantlığın göstəricisidir.
Həqiqətən də,  xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqlarına malikdirlər. 

Tarix
8 İyun 2017 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin