Ana səhifə
24 Yanvar 2018

İrlandların baş məşqçisi: “Onun təhlükəli futbolçu olduğunu dərk edirik”

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil Türkiyədəki təlim-məşq toplanışından sonra mətbuat konfransı keçirib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasına qarşı oynayacaq irlandların çalışdırıcısı matç haqqında danışıb: 


- Hazırlıq necə keçdi?
-Bakının istisinə öyrəşmək üçün Türkiyədə hazırlıq prosesi keçdik. Hər şey qaydasındadır. 


-Azərbaycanla oyuna yanaşma komandada hansı səviyyədədir?
-Mənim yanaşmamda heç bir dəyişiklik olmayacaq. Vicdanımla bu matçdan qalib ayrılmaq istəyirəm. Rəqibin Almaniyaya qarşı oyununu izlədim. Doğrudan yaxşı formada idilər. Lakin Azərbaycanın dünya çempionlarına qarşı oynadığı kimi bizə qarşı oynayacaqlarını düşünmürəm. Ümumiyyətlə, bu qarşılaşmada topla oynamaq lazımdır. Belfastdakı 4:0 hesablı qələbənin üstündən çox zaman keçib. Həmin oyunu düşünmək bizi narahat edir. Evdə yaxşı oynasaq da, bunun səfərə heç bir aidiyyatı yoxdur. Üstəlik, komandamızın kifayət qədər təcrübəsi var. Rəqib son iki oyunda 8 qol buraxıb. Uğurlu başlanğıcdan sonra iki oyunda böyükhesabla uduzublar. Bu Azərbaycan yığmasının və Prosineçkinin üzərində böyük təzyiq yaradacaq. Onların daha çox təzyiq altında olmasını qəbul edirəm. Lakin biz yenə də ciddiyyətimizi qoruyacağıq. 


-FİFA braziliyalı Riçard Almeydanın Azərbaycan yığmasında oynamasına icazə verdi. Onu tanıyırsınız?
-Biz onun milliləşdiyini bilirik. “Qarabağ”da uğurlu çıxış etdiyindən də xəbərim var. Portuqaliyanın “Gil Visente” klubunda da çıxış edib. O əsasən meydanın mərkəzindən oynamağı sevir. Sol ayağı ilə güclü zərbələrə malikdir. Onun təhlükəli futbolçu olduğunu dərk edirik və bir neçə oyununa da baxmışıq. Qarşısını almağa çalışacağıq. Lakin Stiven Devis, Kris Darbe və Olive Norvud kimi  İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ona qarşı oynayacaqlar. Bunu nəzərə almaq lazımdır. Ona hörmət edirik və bir braziliyalı olduğunu unutmamamlıyıq.


- Hansı oyun sistemi sizə uyğun olacaq? 
Həmişə öz ssitemimizi qorumalıyıq. Lakin bəzi futbolçulardan asılı olan şeylər var. Məsələn, Qaret Makolinin oynaması çox şeyi dəyişə bilər. O komandamıza təkan verəcək. Conni Evansın da çıxışından asılı olan məsələlər mövcuddur. 


- 3 xal qazansanız, hədəf daha da yüksələcək?
İkinci pilləni biz Azərbaycanın əlindən almışdıq. İndi isə mövqeyimizi qorumaq vaxtıdır və Bakıdakı səfər oyunu əla fürsətdir. Qələbə qazansaq, xal fərqi 6-ya yüksələcək. O zaman Norveç və Çexiya ilə oyunlara fərqli davam edəcəyik. Osloda daha rahat meydana çıxacağıq. Bu qələbədən sonra Çexiya ilə də xal fərqini yüksəldə bilərik. Almaniya ilə matçda qalib gəlsək, fantastik olar. Nəticə həmişə birincidir. 


- Rəqibdən gözləntiləriniz nədir?
- Düşünürəm ki, oyunçularımın üzərində elə də çox təzyiq yoxdur. İndiki vəziyyətə baxsaq, hər şey qaydasındadır. Biz Avropa çempionatında da qrupdan çıxmağı bacarmışdıq. Əvəzolunmaz istək var və bunu reallaşdırmaq lazımdır. 


- Futbolçuların durumu nədir?
- Mən olduqca xoşbəxtəm ki, Konor və Ceymi heyətdə var. Doğrudan bu məni xoşbəxt edir. Coşun da yaxşı oyununu gördük. Əlimizdə bu qədər imkanların olması əladır. Azərbaycana qarşı kimi oynadacağımı düşünəcəm. Liam Boys yaxşı mövsüm keçirib və heyətdə olmağa layiqdir. Keyl Lafferti isə həmişəki vəziyyətdədir. 


Keyl meydanda olacaq? 
- Hazırki durumu qənaətbəxşdir. Ona oynamaq lazımdır. Son 3 ildə milli komandada gərgin günlər də yaşadı. Klublarında heç də yaxşı vəziyyətdə deyildi. Amma milli üçün və xüsusən belə önəmli matçda vacibdir. 


- Heyəti müəyyənləşdirməkdə çətinlik çəkəcəksiniz?
- Evdə etdiyimizi səfərdə də edəcəyimizə əminəm. Hər şey ortadadır: yalnız qələbə. Əgər xal itirsək, bu fəlakət olmayacaq. Amma 3 xal hava-su kimi lazımdır. Azərbaycanı düşünüldüyündən daha güclü komanda hesab edirəm və hörmətim var. Sizin üçün bir misal gətirim: Almaniya ilə oyunda 35-ci dəqiqəyə qədər hesab 1:1 idi. Rəqib dünya çempionuna qarşı ciddi müqavimət göstərirdi. Onlar öz səviyyələrini göstərdilər. Biz 4:0 hesablı qələbə qazanmasaydı, yenə də ikinci pillədə onlar olacaqdı. Çox çətin oyun olacaq. Asan qələbə qazanacağımızı düşünənlər yanılır. 

Tarix
8 İyun 2017 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ