Malena Mard: "Aİ və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır"

15:20 - 8 İyun 2017 - SİYASƏT

Avropa İttifaqı (Aİ) və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O qeyd edib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas investorudur: “Biz əlbəttə ki, Azərbaycanla diversifikasiya və islahatlar proqramı çərçivəsində əməkdaşlıq etmək istəyirik”.
M.Mardın sözlərinə görə, iyunun 16-ı mehriban qonşuluq və genişlənmə siyasəti üzrə Avrokomissar Yohannes Han Azərbaycana səfər edəcək.

Xəbər xətti