Ana səhifə
20 Yanvar 2018

Azərbaycanın valyuta ehtiyatları artıb

"Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir". Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, 2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb. "Bu dövrdə valyuta ehtiyatları 1,3 mlrd. dollar artıb və 39 mlrd. dolları təşkil edib. 2017-ci ilin aprelin 1-nə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çox olub. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir 1-ci yerdədir".

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır.
 
Nazir həmçinin vurğulayıb ki, Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Tarix
8 İyun 2017 [13:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ