“Qarabağdan nə vaxt çıxırsınız?”

11:16 - 8 İyun 2017 - SİYASƏT

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransı keçirib. Konfransda Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib. Jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız” sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir jurnalistə əsəbiləşib: “Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”. Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun tövsiyyələrini dinlədiklərini iddia edib.(“Qafqazinfo”)

Xəbər xətti