Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edildi

10:50 - 8 İyun 2017 - HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Ucnoqta.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti