Göyərtəsində 116 nəfər olan hərbi təyyarə yoxa çıxdı

16:10 - 7 İyun 2017 - DÜNYA

Myanmada hərbi təyyarə radarlardan yoxa çıxıb. Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində 116 nəfər olan təyyarə Myey və Yanqon şəhərləri arasında uçuş edərkən radarlardan itib. Hərbi mənbələrdən verilən məlumata görə, gəmilərdən və təyyarələrdən ibarət axtarış-xilasetmə işləri başlanılıb. Bölgədə havanın yaxşı olduğunu bildirən mənbə, hadisənin texniki səbəblərdən baş verdiyini əlavə edib.

Xəbər xətti