Lənkəranda ağır yol qəzası: avtomobil ağaca çırpılıb, iki nəfər ölüb-FOTOLAR

11:37 - 7 İyun 2017 - HADİSƏ

Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11.00 radələrində Ələt- Astara magistralında qeydə alınıb.
“Mercedes” markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan Səfərov Kənan Adil oğlu və Səfərov Xalid Xaliq oğlu ölüb. 


Xəbər xətti