Ərdoğan ATƏT-in Minsk qrupunu və BMT Təhlükəsizlik Şurasını tənqid edib

11:28 - 7 İyun 2017 - DÜNYA

“22 ildir ATƏT-in Minsk qrupu nə iş görür? Bunların hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyilmi? Niyə bu problemi hələ həll edə bilmirlər?”. APA-nın “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Xarici əlaqələr şöbəsinin səfirlər üçün təşkil etdiyi ənənəvi iftar yeməyi zamanı deyib.
O bildirib ki, BMT TŞ-nin 5 daimi üzvündən biri nə desə, o da olur: “Bunlar Suriya və İraq məsələsini həll edə bildilərmi? Azərbaycan-Ermənistan məsələsini həll edə bildilərmi? Həll edə bilməzlər, çünki 5-dən biri “yox” deyirsə, onda həll yolu yoxdur”.

Xəbər xətti