"London taksisi" polis əməkdaşını vurub

11:04 - 7 İyun 2017 - HADİSƏ

Bakıda "London taksisi" polis əməkdaşının vurub. Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb. 10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub. Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti