Bakıda iki sərnişin avtobusu toqquşub, yaralananlar var - FOTO

15:44 - 6 İyun 2017 - HADİSƏ

Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var. Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.
Belə ki, 10-TE-168  qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.


Xəbər xətti