Şəkidə qadınlar üçün treninq keçirilib

14:30 - 6 İyun 2017 - İQTİSADİYYAT

İyunun 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Korporativ idarəetmə”, “Qadın sahibkarlığın inkişafında elektron xidmətlərin rolu” mövzularını əhatə edən treninqdə Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması, Azərbaycanda qadın sahibkarlığın müasir vəziyyəti və inkişaf perspektivləri, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tədbirdə iştirakçılara Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər xətti