Ana səhifə
21 Aprel 2018

Azərbaycan - Şimali İrlandiya matçının hakimləri açıqlanıb

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, UEFA iyunun 10-da baş tutacaq qarşılaşmanı ispaniyalılara tapşırıb.
Görüşü ispaniyalı referi Xavyer Estrada Fernandes idarə edəcək. Onun köməkçiləri Migel Martines və Teodoro Sobrino olacaq. Ehtiyat hakimi funksiyasını Alexandro Ernandes yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunda ədalət təmsilçisi rolunu oynayacaq Xavyer Estrada 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır. 2009-cu ildən La Liqa matçlarını idarə edən 41 yaşlı referi həm də müstəqil dövlət qulluqçusudu.
Fernandes hakimlik karyerası ərzində ikinci dəfə ölkəmizə səfər edəcək. Onun Azərbaycanla yolu ilk dəfə 2015-ci ilin sentyabrında kəsişib. Belə ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində PAOK-la ev qarşılaşmasında məhz ispaniyalı fit çalıb. 0:0 hesabı ilə nəticələnən görüşdə o, hər iki komandanın 2 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.
Fernandes Avropada U-17, U-19 və U-21-lərin rəsmi görüşləri ilə yanaşı, əsas yığmaların oyunlarına da təyinat alıb. 2014-15 mövsümündən etibarən hər il Avropa Liqasının qrup matçlarına təyinat alan ispaniyalı ötən mövsüm 1/16 final mərhələsində PAOK – “Şalke” (0:3) qarşılaşmasında da ədaləti qoruyub.
Hələlik Çempionlar Liqasında III təsnifat mərhələsindən o tərəfə gedə bilməyən Xavyer Estradanın 2017-ci ildə idarə etdiyi yeganə beynəlxalq oyun elə PAOK – “Şalke” görüşü olub.
Ümumilikdə Fernandes UEFA tərəfindən 34 dəfə təyinat alıb. 10 dəfə penalti nöqtəsini göstərən referi 136 sarı, 6 qırmızı vərəqəyə müraciət edib. İspaniyalı 10 penaltidən 8-ni qonaqların əleyhinə veribsə, cəmi 2 dəfə ev sahiblərinə qırmızı vərəqə göstərib.
Xavyer Estrada Fernandes DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində bir oyun idarə edib. Belə ki, qitə futbol qurumu ötən ilin oktyabrında keçirilən Bosniya və Herseqovina – Kipr (2:0) görüşünü ona tapşırıb.

Tarix
6 İyun 2017 [13:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ