Dörd ölkə Qətərlə bütün diplomatik əlaqələri kəsdi

11:40 - 5 İyun 2017 - DÜNYA

Dörd ərəb dövləti –Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə olan bütün diplomatik əlaqələrə son qoyublar.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk addımı atan Bəhreyn olub. Rəsmi Manama (Bəhreynin paytaxtı-red.) krallığın təhlükəsizliyi və stabilliyi naminə belə bir addım atdığını vurğulayıb. Eyni zamanda, Qətər bu ölkənin daxili işlərinə qarışmaqda, ölkədəki silahlı terror qruplaşmalarına dəstək olmaqda ittiham edilib. Bəhreyn qətərli diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verib. Eyni zamanda, rəsmi Doha ilə avia və dəniz səfərləri dayandırılıb, Qətər vətəndaşlarının ölkəyə girişinə və yerli vətəndaşların bu ölkəyə səfərinə qadağa qoyulub. 
Bəhreynin bu qərarından sonra analoji addımı Ər-Riyad, Qahirə və Əbu-Dabi də atıb. Misir Qətəri öz ölkəsinə qarşı düşmən münasibəti bəsləməkdə günahlandırıb. BƏƏ Dohanı “Müsəlman qardaşları” da başda olmaqla terror qruplaşmalarına  maliyyə dəstəyi göstərməkdə ittiham edib. 

Xəbər xətti