Bakıda intihar: 54 yaşlı kişi özünü asıb

11:22 - 5 İyun 2017 - HADİSƏ

Bu gecə Bakıda intihar hadisəsi baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, UPD qəsəbəsi Novruzov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Nağıyev Məhəmmədəli Muxtar oğlu saat 01 radələrində özünü evin pilləkənindən asıb.
54 yaşlı kişinin hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti