Ana səhifə
17 İyul 2018

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutacaq. Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.
Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.
“Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.
“Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk “11-lik”də yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.

 
“Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin “Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.
 
UEFA Çempionlar Liqası
Final
3 iyun
 
22:45. “Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)

Tarix
3 İyun 2017 [09:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin