Iranda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 35-ə çatıb

09:49 - 3 İyun 2017 - DÜNYA

Iranın cənubunda Şiraz şəhərində supermarketin binasında baş verən güclü partlayış nəticəsində azı 35 nəfər yaralanıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda DPA agentliyi xəbər verir. Məlumata görə, insanların sıx olduğu bulvarda yerləşən tikili, partlayış nəticəsində tamamilə məhv edilib. Xəsarət alanlardan 16 nəfərin vəziyyəti ağırdır. Onlar bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, partlayış nəticəsində mağazanın binasından başqa yaxınlıqda olan bank və yaşayış evlərinə də ziyan dəyib.
Partlayışın səbəbləri araşdırılır.

Xəbər xətti