Ana səhifə
17 Noyabr 2018

Bilet alıb otura bilməyən milli azarkeşinin problemi belə həll olundu +VİDEO

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə oyunda milli komandamıza dəstək olmaq məqsədi ilə bilet alaraq stadiona gələn Pərvin Quliyev adlı azarkeş texniki səbəblərdən dolayı problemlə üzləşmiş və oyunu ayaqüstə izləməyə məcbur olmuşdu.

 

 

Ucnoqta.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Pərvin Quliyevin AFFA-nın rəsmi Facebook səhifəsinə müraciətindən sonra bu məsələ araşdırılmış və həqiqətən də texniki qüsurun mövcudluğu məlum olmuşdur. Azarkeşimizin üzləşdiyi problemi, onun milli komandanı hər zaman dəstəklədiyini və mövcud qüsuru nəzərə alaraq, AFFA tərəfindən Pərvin Quliyevə Azərbaycan - Norveç oyunu üçün 2 ədəd bilet və üzərində soyadı qeyd olunmuş milli komandanın forması təqdim edilib. 

 

Bəhruz

 

 

 

Tarix
19 Noyabr 2014 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin