Ağdamda süd maşını aşıb: 30 ton süd yola dağıldı

15:06 - 2 İyun 2017 - HADİSƏ

Ağdamda süd  daşıyan maşın aşıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki,  Hindarx-Borsunlu yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib. Aftandil Rəşidovun idarə etdiyi 90 ZL 545 dövlət nömrə nişanlı, “DAF” markalı yük avtomobili idarəetmənin itməsi nəticəsində işıqlandırma dirəyinə dəyib, daha sonra  aşıb.
Nəticədə 30 tona qədər süd yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti